Bazar ertəsi, 04 Noyabr 2024 16:03

Muxtar Babayev Dinq Tao ilə görüşdü

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.

Görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 48 times