Çərşənbə, 23 Oktyabr 2024 15:25

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib. Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb. Startapın sahibi Altun Tarverdiyev hakaton təşkilatçıları tərəfindən təltif olunub.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bu barədə"Caspian Energy Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Read 103 times