Çərşənbə, 02 Oktyabr 2024 15:35

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ediblər

9-11 sentyabr tarixində Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubları ünvanlanıb.

Məktublarda Forumun təşkil olunmasına, eyni zamanda elm və təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib. Forum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gələrək, ölkəmizin elmi, iqtisadi və mədəni inkişafına öz töhfələrini verəcəyi mühüm platforma kimi qiymətləndirilib. Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 207 times