Çərşənbə axşamı, 03 Sentyabr 2024 12:45

Türkiyənin BRİCS-ə üzvlük üçün müraciət etdiyi iddialarına Kremldən açıqlama

Kremldən Rusiyanın sədrlik etdiyi BRİCS-ə Türkiyənin üzv olmaq üçün müraciət etdiyi iddialarına cavab verib.

“Caspian Energy Media” “Sputnik Turkiye”yə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ mətbuatının gündəmə gətirdiyi iddia ilə bağlı suala "Bəli, Türkiyə BRİKS-ə qoşulmaqda maraqlıdır. Bu, həqiqətən də belədir" cavabını verib.

Peskov həmçinin qeyd edib ki, Türkiyə BRİCS-ə marağını çoxdan bəyan edib.

Bu arada Peskov Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir gündəmdə olan Türkiyə səfəri ilə bağlı yeni açıqlama verib.

Kremlin sözçüsü səfərə hazırlıqların davam etdiyini və dəqiq tarixin hələ müəyyən edilmədiyini bildirib.

Read 88 times