Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunub.
Turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, üzənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.