Cümə, 30 Avqust 2024 11:37

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

“Caspian Energy Media” xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Read 60 times