Cümə, 30 Avqust 2024 12:40

Mərkəzi Bank tərəfindən elektron pul təşkilatına lisenziya verilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

“Caspian Energy Media” AMB-yə istinadla xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

 

Read 236 times Last modified on Cümə, 30 Avqust 2024 10:41