Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Caspian Energy Media” “Azəriqaz” İB-nə istinadən xəbər verir.
"Masazır" QPS-də mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə 30.08.2024-cü il tarixdə saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.