Cümə axşamı, 29 Avqust 2024 12:14

Şarl Mişel Səudiyyə şahzadəsi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud regionda və dünyada təhlükəsizlik və sabitliyə nail olma yollarını müzakirə ediblər.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vəliəhd şahzadə Avropa İttifaqı Şurasının sədri ilə görüşüb. Onlar Krallıq və Aİ ölkələri arasında əlaqələri və əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər. Həmçinin regional və beynəlxalq hadisələri, regionda və dünyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün səyləri müzakirə ediblər.

Read 78 times