Cümə axşamı, 22 Avqust 2024 14:44

Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə qadağan edilib

Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək. .

“Caspian Energy Media” xəbər verir ki, qadağa 132 min 600 tələbəni əhatə edəcək.

Read 253 times