Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
“Caspian Energy Media” AYNA-ya istinadla xəbər verir ki, “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
“Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
“Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.