Bazar ertəsi, 19 Avqust 2024 17:50

Azərbaycanın “Better Cotton Initiative” təşkilatına üzvlüyü müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanın bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirən “Better Cotton Initiative” təşkilatına üzvlüyü ilə bağlı müzakirələr aparılıb.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, nazir Məcnun Məmmədov "Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbər şəxsləri ilə görüş keçirib. Nazir bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin artmasına, bölgələrdə məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirir, bu mexanizmlər sayəsində əkininə maraq artıb. Nazirliyin digər sahələrdə olduğu kimi pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.

Read 251 times