Çərşənbə axşamı, 06 Avqust 2024 14:06

Azərbaycan şirkəti Özbəkistanda 29,3 milyon dollarlıq tenderdə qalib olub

Özbəkistan Respublikasının “Amudarya rayonunun su sistemlərinin yenidənqurulması” layihəsi üzrə Asia İnkişaf Bankı tərəfindən keçirilən tenderin qalibi elan olunmuşdur.

“Caspian Energy Media” “Marja”ya istinadən xəbər verir ki,bir neçə beynəlxalq və yerli şirkətlərin  - “China Civil Engineering Construction Corporation”, “China National Aero Technology İnternational Engineering Corporation”, “Hisorakgidro Qurilish LLC”, “JV Rakurs Sevice LLC” və “Esco Group”, “Stecol Corporation” və “Yangi Avlod Qurilish” -  iştirak etdiyi tenderdə Azərbaycan şirkəti “ArchiCO Engineering Company” qalib elan olunmuşdur.

 

“ArchiCO Engineering Company” Azərbaycanda da su və kanalizasiya infrastrukturunun tikintisində böyük təcrübəyə malikdir. Şamaxı, Ağdaş, Qəbələ, Samux şəhərlərinin, Abşeron ərazisində bir çox yaşayış məntəqələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirən şirkət qazandığı təcrübədən beynəlxalq layihələrdədə uğurla istifadə etməyi qarşısına məqsəd qoymuşdur.

Daha ətraflı

Read 160 times Last modified on Çərşənbə axşamı, 06 Avqust 2024 12:49