Çərşənbə, 24 İyul 2024 11:15

ABŞ-ın neft ehtiyatları 3,9 milyon barel azalıb

Caspian Energy Media Amerika Neft İnstitutunun (API) çərşənbə axşamı yayımladığı xüsusi məlumatlara istinadən xəbər verir ki, ABŞ-da xam neft ehtiyatları 19 iyul tarixində bitən həftə ərzində 3,9 milyon barel azalıb.

Eyni zamanda, Oklahoma ştatının Cushing şəhərindəki ehtiyatların 1,6 milyon barrel azaldığı iddia edilir. Məlumata görə, benzin ehtiyatları 2,8 milyon barel, distillə ehtiyatları isə 1,5 milyon barel azalıb.

Read 290 times