Çərşənbə, 10 İyul 2024 14:37

Azərbaycan və Niderland kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

 

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov Niderland Krallığının kənd təsərrüfatı, balıqçılıq, ərzaq təhlükəsizliyi və təbiət naziri Femke Mariye Viersma ilə görüşüb.

Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı

 

Read 331 times