Çərşənbə axşamı, 09 İyul 2024 14:52

STP Şirkətlər Qrupu satış distributorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir

Qrupa daxil “STP Global Cable” şirkəti kabel məhsullarının satışının həyata keçirilməsinə dair rəsmi distributorunun seçilməsi ilə bağlı müsabiqə elan edir.

“Caspian Energy Media”ya  STP Şirkətlər Qrupu tərəfindən verilən məlumata görə, sözügedən şirkət tərəfindən həyata keçirilən müsabiqə nəticəsində kabel məhsullarının eksklüziv və standart distributorluğunu həyata keçirəcək şirkətlər seçiləcək. Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə 25.07.2024-cü il tarixinədək, iştirakçılar tərəfindən Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi ünvanında yerləşən  “STP Global Cable” şirkətinin Satınalma şöbəsinə göndərilməlidir.

Müsabiqədə iştiraka dair əsas şərtlər toplusu ilə aşağıdakı keçidə daxil olaraq tanış olmaq mümkündür: https://shorturl.at/NaMtF

Eləcə də, iştirakçılar “STP Global Cable” şirkətinin satınalma bölməsinə elektron məktub ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.

STP Şirkətlər Qrupunun təqdim etdiyi bütün məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək də əldə etmək mümkündür.

Read 191 times