Çərşənbə axşamı, 02 İyul 2024 10:31

Pərviz Şahbazov “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüş keçirib

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüş keçirib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə isə şirkətlə mövcud əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib. Şirkətin fəaliyyətində bərpa olunan enerji sahəsinə, xüsusilə dənizdə külək enerjisinə istiqamətlənməsi və Azərbaycanın Xəzər dənizində külək enerjisinin inkişaf etdirməsi, “yaşıl enerji dəhliz”lərinin həyata keçirməsi kontekstində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətin dənizdə külək enerjisi üzrə dəniz obyektlərinin quraşdırılması ilə bağlı fəaliyyət və planlarını əks etdirən təqdimat nümayiş etdirilib.

Read 213 times Last modified on Çərşənbə axşamı, 02 İyul 2024 11:22