bp Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb. Şirkət ilk dəfə olaraq Şahdəniz Alfa platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.
Caspian Energy Media bp-yə istinadən xəbər verir ki, bu, bp-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir.