Şənbə, 08 İyun 2024 11:49

İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, iyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açıldı.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Daha ətraflı

Read 65 times Last modified on Çərşənbə, 12 İyun 2024 06:09