Bakıda "ASAN xidmət"in təşkilatçılığı ilə Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, forumda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan və BƏƏ-nin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.