Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı ilə ölkəmizdə “Regional İqlim Həftələri” adlı təşəbbüsün icrasına start verilir.
Caspian Energy Media Nazirliyə istinadən xəbər verir ki, gənclər arasında iqlim savadlılığı və tədbirlərini gücləndirmək məqsədilə həyata keçirilən proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.