Cümə axşamı, 30 May 2024 14:30

Baş nazir Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb

Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.

Caspian Energy Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb. Qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Read 93 times