İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan – Latviya biznes forumu keçirilib.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, İKT, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.
Forumda ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.