Caspian Energy Media Marja-ya istinadən xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq səfərdə Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə energetika naziri, Bolqarıstan Parlamentində Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes nümayəndələri daxildir.
Səfər çərçivəsində Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalanacaq.