Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.
CAR-ın paytaxtı Keyptaunda keçirilən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edib. Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.