Moldova Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.
"Caspian Energy Media" Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib.
Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.