Cümə axşamı, 19 Dekabr 2024 11:37

Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

18 dekabr 2024-cü il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Tədbirdə Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub, eyni zamanda iqtisadiyyat, ticarət, energetika, ətraf mühit, elm və təhsil, kənd təsərrüfatı, nəqliyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətində danışıqlar aparılıb.

Görüşün yekununda Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının protokolu imzalanıb.

Bu barədə “Caspian Energy Media” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

 

 

Read 86 times Last modified on Cümə axşamı, 19 Dekabr 2024 10:40