26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
Noyabrın 26-da forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.
Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.