Super User

Super User

Министр иностранных дел Азербайджана Джейхун Байрамов принял делегацию во главе со специальным помощником президента США и старшим директором по делам Европы в Совете национальной безопасности Майклом Карпентером.

Об этом сообщает "Caspian Energy Media" со ссылкой на МИД.

Подробнее

21 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

"Caspian Energy Club"ın təşkilatçılığı ilə "LEF Network Azerbaijan" layihəsi çərçivəsində "Green Technology and Sustainable Development" mövzusunda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş "Central Baltic – Azerbaijan Business Forum" keçirilib. Bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov məlumat verib.

Mərkəzi Baltik regionunu təmsil edən Latviya, Estoniya və Finlandiyanın işgüzar nümayəndələrinin iştirakı ilə keçirilən "Central Baltic – Azerbaijan Business Forum", davamlı texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş önəmli bir tədbir olaraq diqqət çəkib.

"Central Baltic – Azerbaijan Business Forum"da moderatorluq vəzifəsini icra edən Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva, bu cür tədbirlərin regional əməkdaşlığı gücləndirmək baxımından əvəzsiz rolunu vurğulayıb. “Bu forum, bizə yalnız iqtisadi əlaqələri inkişaf etdirmək deyil, eyni zamanda, yeni dostluq əlaqələri qurmaq imkanı da verdi”, – deyə Liqa Sıçeva açılış nitqində bildirib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Yaak Lensment, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov tərəfindən salamlama nitqləri söylənilib.

Açılış nitqlərindən sonra latviyalı, estoniyalı və finlandiyalı mütəxəssislər "LEF Network Azerbaijan" layihəsi və regionda yaşıl texnologiyaların inkişafı ilə bağlı təqdimatlar keçirib, iştirakçılara innovativ nou-hau və yeni standartlar haqqında məlumat təqdim ediblər.

“LEF Network Azerbaijan” layihəsi - regional yaşıl texnologiya sektoru”, Mərkəzi Baltik videosu (Liga Sıçeva), “Latviyada yaşıl texnologiyalar: “davamlı inkişafa doğru yol” (“RCG Lighthouse”un həmtəsisçisi Kaspars Osis), “Estoniyada yaşıl texnologiyalar” (Estoniyanın Yaşıl Texnologiyalar Klasterinin nümayəndəsi Raqmar Saksinq), “Finlandiyada yaşıl texnologiyalar” (Satakunta Tətbiqi Elmlər Universitetinin tədqiqat rəhbəri Mikko Pakasela) və “Azərbaycanda yaşıl texnologiyalar” (Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov) adlı təqdimatlar iştirakçılarda böyük maraq yaradıb.

“Yaşıl texnologiyalar naminə birgə iş: Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında ticarət, təhlükəsiz paylaşma və davamlılıq” mövzusunda baş tutan panel müzakirəsi böyük maraqla qarşılanıb. Satakunta Tətbiqi Elmlər Universitetinin Tədqiqat rəhbəri Mikko Pakkaselanın moderatorluğu altında keçən paneldə iştirakçılar bu ölkələr arasında yaşıl texnologiya və təcrübə mübadiləsi, ticarət və idxal imkanlarının artırılması, həmçinin təhlükəsiz əməkdaşlıq mexanizmlərinin təmin edilməsi üçün tətbiq edilən texnologiyalar, iqlim hədəflərinə töhfə haqqında geniş müzakirələr aparıblar.

Forumun sonunda əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq 15 şirkətin iştirakı ilə 15 masa ətrafında B2B görüşlər keçirilib. İştirakçılar üçün yaradılmış networking imkanı yeni əlaqələrin qurulması və müasir işgüzar mühitin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib. 

“Bu cür beynəlxalq tədbirlər, Azərbaycan və Baltik ölkələri arasında daha sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün mükəmməl bir platforma təqdim edir, eyni zamanda regionda yaşıl texnologiyaların inkişafına dair yeni perspektivlər açır. Forum iştirakçıları yeni layihələr və imkanlar haqqında müzakirələr apararaq, davamlı inkişaf hədəflərinə doğru birgə addımlamağın əhəmiyyətini bir daha təsdiqlədilər”, - deyə Rasim Mahmudov vurğulayıb.

Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

19 октября 2024 года в административном здании министерства прошли выборы членов Общественного совета при Министерстве цифрового развития и транспорта. 

По завершении выборов был вскрыт запечатанный ящик, и голоса были подсчитаны при участии членов Избирательной комиссии и наблюдателей.  Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство цифрового развития и транспорта.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər 19 oktyabr 2024-cü il tarixində nazirliyin inzibati binasında keçirilib. Seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb.

Bu barədə “Caspian Energy Media” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. 

Səfər çərçivəsində AZSTANDART nümayədələri Özbəkistan Texniki Tənzimləmə Agentliyin rəhbər heyəti ilə görüş keçirib. Görüşdə texniki tənzimləmə və standartlaşdırma sahələrində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılıb.

Bu barədə “Caspian Energy Media” Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.

Daha ətraflı

Президент Соединенных Штатов Америки Джозеф Байден направил письмо президенту Азербайджана Ильхаму Алиеву.

Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт главы Азербайджанского государства.

Bazar ertəsi, 21 Oktyabr 2024 14:00

ABŞ Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Daha ətraflı

Министр энергетики Парвиз Шахбазов по приглашению руководителя Национального энергетического управления Китайской Народной Республики Чжан Цзяньхуа совершил визит в эту страну. Министр примет участие в 3-й министерской конференции по энергетике «Пояс и путь», которая пройдет 23-24 октября в городе Циндао провинции Шаньдун Китая.

В рамках визита также планируется провести в Пекине двусторонние встречи с руководителями китайских компаний. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Министерство Энергетики.

 

 

Bazar ertəsi, 21 Oktyabr 2024 13:48

Energetika naziri Çində səfərdədir

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib. Nazir 23-24 oktyabr tarixlərində Çinin Şandun əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin Pekin şəhərində Çin şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

29 -dən səhifə 514