Super User
MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqini verib
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ESG (Ətraf mühit, Sosial və İdarəetmə) ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.
ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.
Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.
Азербайджан и ВБ обсудили сотрудничество в рамках COP29
Центральный банк Азербайджана (ЦБА) и Всемирный банк обсудили сотрудничество в рамках предстоящей в ноябре в Баку климатической конференции COP29.
Как сообщает “Caspian Energy Media”, об этом председатель ЦБА Талех Кязымов написал на своей странице в социальной сети "X".
"На встрече мы обсудили приоритетные направления взаимодействия между нашей страной и Всемирным банком, а также сотрудничество в рамках COP29. Кроме того, мы затронули важные инициативы, стоящие на повестке дня, и рассмотрели потенциальные направления поддержки со стороны Всемирного банка в этом контексте", - отметил он.
Azərbaycan və Dünya Bankı COP29 çərçivəsində görüləcək işləri müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində görüləcək işlər müzakirə edilib.
“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İllik Toplantılar çərçivəsində növbəti görüş Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru xanım Anna Byerde ilə baş tutdu. Görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və Dünya Bankının bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi apardıq, - deyə o qeyd edib.
“Azpetrol” şirkəti ağacəkmə aksiyası keçirib
“Azpetrol” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabr ayının 24 – də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bakının Müşfiqabad ərazisində təşkil olunan ağacəkmə aksiyasında “Azpetrol”şirkətinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Müşfiqabad qəsəbəsinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
Azpetrol – Daim İnkişafa Doğru!
“Azərişıq” ASC peşəkar kadrların hazırlanması üçün təlim kursları təşkil edib
“Azərişıq” ASC dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirir. Bu məqsədlə Cəmiyyətin Tədris və İnnovasiyalar Mərkəzində Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında “Sabaha yaşıl işıq” tədris kursları fəaliyyət göstərir. Bu barədə “Caspian Energy Media“ya “ “Azərişıq” ASC-dən bildirilib. Müraciətlər əsasında kənar təşkilatların işçiləri, fiziki şəxslər 1 ay müddətində ödənişli əsaslarla kurslarda iştirak etmək imkanı əldə edirlər.
Təlimdə uğurla iştirak edən müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim edilir. Sonda yüksək nəticə göstərən müdavimlərin müsabiqə yolu ilə “Azərişıq” ASC-də işlə təmin olunması da həyata keçirilir.
Туркменистан и Турция обсудили вопросы двустороннего сотрудничества
Туркменистан и Турция обсудили вопросы укрепления двустороннего сотрудничества в рамках рабочего визита делегации парламента Туркменистана в Турцию для участия в заседании межпарламентской группы дружбы.
Стороны подчеркнули важность межпарламентских связей как инструмента для укрепления межгосударственного диалога и выразили уверенность, что активизация этих контактов будет способствовать дальнейшему развитию отношений между двумя странами.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой со ссылкой на МИД Туркменистана.
FCHAIN Göygöldə kros qaçışı üzrə ölkə çempionatının sponsoru olub
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöl rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
Ölkəmizdə idmanın inkişafının prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq “Financial Chain Corporation” hər zaman bu sahəyə dəstəyini əsirgəməyib. Təsadüfi deyildir ki, Göygöldə kros qaçışı üzrə ölkə çempionatının sponsorlarından biri də məhz FCHAIN olub. Bu barədə “Caspian Energy Media“ya “FCHAIN“ dən bildirilib.
Sevindirici haldır ki, gənc nəslin idmana marağının daha da artması görülən işlərin təqdirəlayiq olduğunu təsdiqləyir və FCHAIN-i sponsor kimi daha da böyük layihələrə imza atmağa ruhlandırır.
Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüş keçirilib. Görüşdə buğda və arpa istehsalında ağıllı kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yaşıl enerji sahəsində Texniki Komitənin iclası keçirilib
Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin ilk iclası keçirilib. İclasın əsas məqsədi müvafiq sahədə beynəlxalq standartlara uyğun milli standartların hazırlanması və tətbiqi məsələlərinin müzakirəsi olub.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
“Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir
Ölkəmizdə fəaliyyət göstərən “Wyndham Garden Baku” hoteli bu gün 2 yaşını qeyd edir. Turistlərin rahatlığını düşünərək onlar üçün hər cür şərait yaradan “Wyndham Garden Baku” hoteli 25 oktyabr 2022-ci ildən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü ildə baş tutub.
Hotel, ümumi 88 otaq, konfrans, 15 nəfərlik iclas zalı, banket zalları, bura daxildir Xan Çinar zalı 100-160 nəfərlik, Şam zalı 40-60 nəfərlik, restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir. Ən əsası isə hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən “Wyndham Garden Baku” hotelində, qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidməti fəaliyyət göstərir. “Wyndham Garden Baku” hotelində 100 nəfərə yaxın peşəkar və gülərüz personal çalışır.
“Wyndham Garden Baku” hoteli müxtəlif tədbirlərin, əlamətdar günlərin, banketlərin və şənliklərin keçirilməsinə tam uyğundur.
Hoteldəki “Magnolia”restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və xarici təamlar, öz dadı ilə sizi məftun edəcək.
Bundan başqa hotelin tərkibində fəaliyyət göstərən Olive SPA & Wellness” mərkəzi, qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda hovuz, kardio və fitness zalları, fin və rus saunaları (bura daxildir kisə, köpüklü masaj və bədən skrabı xidmətləri) və türk hamamı, çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib. Həmçinin “Vitamin Bar” ilə idman zalı, fitnes xidmətləri də var ki, siz peşəkar təlimçilərlə istədiyiniz bədən formasına sahib ola bilərsiz.
Qeyd edək ki, “Wyndham Garden Baku” hoteli Azpetrol şirkətinə məxsusdur.
“Wyndham Garden Baku” hoteli ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.