Super User

Super User

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Doreen Bogdan-Martin ilə görüşüb.

Görüşdə təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyi vurğulanıb.

Görüş çərçivəsində növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

 

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl enerji” sahəsində anlaşma memorandumları imzalanıb. İmzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub. Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpa olunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. 

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və “yaşıl hidrogen” istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.  

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Almaniyanın Şərqi Biznes Assosiasiyası ilə biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.

Tərəflər bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunun keçirilməsinin əhəmiyyətinə toxunub, ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğulayıblar. Həmçinin, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Воскресенье, 17 Ноябрь 2024 17:17

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib

COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub. Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər. 

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Energetika naziri COP29 tədbiri çərçivəsində Azərbaycanda səfərdə olan Belçikanın energetika naziri Tinne Van der Straeten və Almaniya Külək Enerjisi Assosiasiyasının (GWEA) prezidenti Babel Haidebroek ilə görüşlər keçirib.

Belçikanın energetika naziri Tinne Van der Straeten ilə görüşdə COP29-un enerji təşəbbüslərinin enerji keçidi üçün zəruri olan komponentləri əhatə etməklə bərpa olunan enerji mənbələrinin üçqat, enerji səmərəliliyinin isə iki dəfə artırılmasına dəstək verdiyi qeyd olunub. BƏƏ-Azərbaycan-Braziliya üçlüyünün əhəmiyyətindən və qəbul olunmuş öhdəliklərin monitorinqinin zəruriliyindən danışılıb. Azərbaycanın iştirakı ilə Xəzər və Mərkəzi Asiyadan başlayan enerji dəhlizlərinin “yaşıl enerji” keçidi və təchizatın diversifikasiyasına töhfə verəcəyi bildirilib. Bu layihələrin regional enerji əməkdaşlığını təmin edən perspektivlərinə toxunulub.

Almaniya Külək Enerjisi Assosiasiyasının (GWEA) prezidenti Babel Haidebroek ilə görüşdə Azərbaycanın “yaşıl enerji”yə transformasiyası və COP29-un enerji təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri üzrə irəliləyişlər müzakirə edilib. Avropa, o cümlədən alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı və “yaşıl enerji dəhlizləri” layihələri çərçivəsində istehsal, avadanlıqlarla təchizat, ötürmə infrastrukturunun qurulması, eləcə də “yaşıl elektrik enerjisi” və “yaşıl hidrogen”in alıcısı kimi bütün komponentlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə yaşıl enerji layihələri çərçivəsində uğurlu əməkdaşlıq müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.

Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerji sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub. 

COP29 çərçivəsində "Cisco Systems" şirkətinin təmsilçiləri ilə görüşdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.

Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən  istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

COP29 çərçivəsində Bakıda təşkil edilmiş dairəvi iqtisadiyyat üzrə tədbirdə resurs səmərəliliyi üzrə təşəbbüslərə dair sənədlər qəbul edilib.

COP29 çərçivəsində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü təşkil edilib. Tədbir BMT-nin Ətraf Mühit Proqramının regional ofisinin və İqlim Dəyişikliyi Bölməsinin direktoru Deçen Tserinqin moderatorluğu ilə keçirilib.

Yekunda “Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə” və “İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat” qəbul edilib.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Воскресенье, 17 Ноябрь 2024 10:49

Azərbaycanda enerji batareyası istehsalı müəssisəsi yaradılacaq

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və bp-nin törəmə şirkəti “Volts” ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

18 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с генеральным секретарем Организации Содружества Наций (Commonwealth of Nations) Патрисией Джанет Скотланд.

Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт главы Азербайджанского государства.

 

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ