Super User

Super User

Понедельник, 20 Май 2024 14:08

Səid Nəcəfzadə dünya çempionu olub

Caspian Energy Media gənclər və idman nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən mundialın uzunluğa tullanma növündə qızıl medal qazanıb.

Qeyd edək ki, 25 yaşlı paraatlet ötən il Parisdə dünya çempionatının bürünc medalı qazanıb. O, həmçinin Tokio-2020 Yay Paralimpiya Oyunlarında da üçüncü yeri tutub.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda 21-22 may tarixlərində “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək.

Caspian Energy Media Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirak etməsi nəzərdə tutulur.

Daha ətraflı: https://afsa.gov.az/az/xeberler/sabah-bakida-yasil-dunya-namine-bitki-saglamligi-forumu-oz-isine-baslayacaq

 

Caspian Energy Media “Azərbaycan İnvestisiya Şirkəti”nə istinadən xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, İsrailin “Granot International Agricultural Cooperative Society” LTD və “Agro Food Investments” MMC arasında ilkin mərhələdə 1000 hektarlıq zeytun bağının salınması və illik 4000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Понедельник, 20 Май 2024 12:14

Sabahın hava proqnozu

Caspian Energy Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 19-24° isti olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Понедельник, 20 Май 2024 11:53

Azərkosmos və “ESRI” arasında memorandum imzalanıb

Azərkosmos qlobal coğrafiya informasiya sistemləri təminatçısı “ESRI” şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Caspian Energy Media “Azərkosmos”a istinadla xəbər verir ki, əməkdaşlığın məqsədi Azərbaycanda tədqiqat və təhsil təşəbbüslərində coğrafi informasiya məlumatlarının istifadəsini təşviq etməkdir.

Memorandum çərçivəsində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Elm və Təhsil Nazirliyi nəzdində Torpaqşünaslıq və Aqrokimya İnstitutuna “ESRI” şirkətinin coğrafiya informasiya sistemlərinin proqram təminatı üzrə lisenziyaların verilməsi təmin olunub.

Daha ətraflı: https://azercosmos.az/az/media-center/news/az-rkosmos-v-esri-aras-nda-memorandum-imzalan-b

Понедельник, 20 Май 2024 11:53

Türk İnvestisiya Fondunun təsis iclası keçirilib

Mayın 18-də İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib.

Bu barədə Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Fondla Türkiyə Respublikası arasında "Ev Sahibi Ölkə Müqaviləsi" imzalanıb. Bundan başqa, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.

 

Понедельник, 20 Май 2024 10:12

Dünya birjalarında neft bahalaşıb

Caspian Energy Media AZERTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 84,31 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,2 dollar artaraq 80,26 dollar təşkil edib.

Понедельник, 20 Май 2024 09:35

Qızılın qiyməti 2400 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,98% artaraq 2 441 ABŞ dollarına bərabər olub.

Caspian Energy Media APA-ya istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 3.86% artaraq 32.47 ABŞ dollarına bərabər olub.

2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Пятница, 17 Май 2024 16:39

Azərbaycan PATA-nın sammitində təmsil olunur

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) Çinin Makao şəhərində keçirilən illik sammitində təmsil olunur.

Bu barədə Caspian Energy Media Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

"Liderlərin Dialoqu: Gələcəyə əsaslanan Səyahət və Turizm Siyasətləri" adlı panel müzakirəsində çıxış edən Florian Zenqstşmid Azərbaycanda məsuliyyətli və dayanıqlı turizmin inkişafı məqsədilə atılan addımlardan,  Basqal kimi icma əsaslı turizmin inkişafı ilə bağlı icra olunan uğurlu dövlət layihələrindən,   “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması nümunəsindən danışıb.

НОВОСТИ