Понедельник, 12 Май 2025 18:41

Azərbaycan Aİ ilə rəqəmsal iqtisadiyyatın genişləndirilməsini müzakirə edib

Azərbaycan Avropa İttifaqı ilə rəqəmsal iqtisadiyyatın genişləndirilməsini müzakirə edib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru cənab Gert Yan Koopman ilə görüşmək xoş oldu. Aİ - Azərbaycan əməkdaşlığının yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.

Read 24 times Last modified on Вторник, 13 Май 2025 08:43

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ