Четверг, 08 Май 2025 13:59

Muxtar Babayev Danimarka kralı ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Danimarka kralı X Frederik ilə görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Görüşdə həmçinin COP30-un prezidenti Andre Korrea du Laqu, Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Samyon Stil iştirak ediblər.

"Görüş zamanı tərəflər çoxtərəfli münasibətlər sisteminin qorunması üçün dünya ictimaiyyətinin diqqətinin zəruri olan addımlara cəlb edilməsi yollarını, həmçinin COP29-da qəbul edilmiş qərarların icrasını, COP30-un uğurla keçirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda qeyd olunub.

Read 13 times Last modified on Четверг, 08 Май 2025 11:09

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ