Пятница, 25 Апрель 2025 14:20

Azərbaycanla Avropa Voleybol Konfederasiyası arasında əməkdaşlıq müzakirə olunub

Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.

 

Görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər. Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Read 12 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ