Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.
Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb. Tədbirdə həmçinin Azərbaycana sərmayə yatıran çinli investorlar uğur hekayələrini iştirakçılarla paylaşıblar.
Tədbirdə Çinlə investisiya tərəfdaşlığının genişləndirilməsi və şaxələndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin təklif etdiyi biznes fürsətlərinə və potensial layihələrə dair təqdimatlar nümayiş olunub, dövlət və özəl qurumları arasında sənədlər imzalanıb.
Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.