Понедельник, 24 Март 2025 10:54

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

SOCAR beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib.

“The Consultant Global” şirkəti tərəfindən keçirilən təlim proqramının ilk sessiyasında SOCAR-ın prezidenti, vitse-prezidentlər, seqment, habelə SOCAR struktur bölmə və müəssisə rəhbərləri iştirak ediblər.

Təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 52 times Last modified on Вторник, 01 Апрель 2025 11:03

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ