Воскресенье, 29 Декабрь 2024 14:49

İqtisadiyyat naziri BMT-nin Azərbaycan üzrə nümayəndəsilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Görüşdə ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə çoxvektorlu əməkdaşlığı vurğulanıb. Qeyd olunub ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədinin icrası tərəfdaşlığın inkişafında mühüm faktora çevrilib. COP29-un Azərbaycanda təşkili və uğurla yekunlaşması isə qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş olan ölkəmizin BMT ilə münasibətlərinin genişləndirilməsi üçün əlavə stimul yaradıb.

Tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və 2026-2030-cu illər üzrə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanması üçün strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirə aparıblar.

Read 43 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ