Четверг, 26 Декабрь 2024 10:38

Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında təcrübə mübadiləsində iştirak edib

Özbəkistan Respublikası Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət çərçivəsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında səfərdə olub.

Səfər zamanı ÖMB nümayəndə heyəti Mərkəzi Bankda BOKT-lərə nəzarət çərçivəsində yeni qəbul edilmiş qaydalar, biznes modellər, inkişaf dinamikası, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də maliyyə inklüzivliyi üzrə məlumat mübadiləsində iştirak edib.

Bu barədə “Caspian Energy Media” AMB-yə istinadən xəbər verir.

 

 

Read 13 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ