BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) Gürcüstanda yaşıl enerji sahəsində yaradılması planlaşdırılan agentlik üçün dünya üzrə ən yaxşı təcrübələri araşdırıb və bu araşdırmada Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) fəaliyyəti də nümunə olaraq göstərilib. Qeyd olunan tövsiyələrdə Azərbaycanın bərpa olunan enerji sahəsində qazandığı zəngin təcrübə öz əksini tapır.
Hesabatda AREA-nın Azərbaycanda bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin olunması sahəsində fəaliyyət göstərdiyi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak etdiyi qeyd edilir, təmiz enerji texnologiyalarının tətbiqini təşviq edən uğurlu layihələrdən bəhs olunur.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.