İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəisi xanım Edita Yanuşiene ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb. Bununla yanaşı, iki qurum arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə müvafiq işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.