Среда, 20 Ноябрь 2024 15:19

Energetika naziri latviyalı həmkarı ilə “yaşıl enerji”nin inkişafını müzakirə edib

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında görüş olub.

Görüşdə hər iki ölkədə bərpa olunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparılıb. COP29 Sədrliyinin enerji təşəbbüslərinin, Azərbaycanın “yaşıl enerji” istehsalı - ixracı layihələrinin geniş coğrafiyada enerji təhlükəsizliyi və enerji keçidində əhəmiyyətindən bəhs edilib. Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan  Avropa və Türkiyə istiqamətlərində “yaşıl enerji” və ”yaşıl qaz”ların  tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi  ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Latviyanın bərpa olunan enerji sahəsində təcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 140 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ