Суббота, 16 Ноябрь 2024 17:14

İqtisadiyyat Nazirliyində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının nümayəndəsi ilə görüş keçirilib

ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının nümayəndəsi ilə görüşdə dayanıqlı sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri, bu sahədə tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşüb.

Görüşdə ABŞ ilə genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyəti qeyd olunub. Həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər və yaşıl inkişaf istiqamətində qarşıya qoyulan hədəflər, yaşıl enerji keçidi üzrə görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib, bu sahədə əməkdaşlıq potensialı vurğulanıb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 225 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ