Суббота, 16 Ноябрь 2024 12:48

Azərbaycanda İƏT regionu üçün Təmiz Enerji Mərkəzi yaradılıb

COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birlikdə İƏT regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) yaradılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün COP29 çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin təsis edilməsinə şahidlik edirik. Bu, yalnız Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət kəsb edən bir təşəbbüsdür. Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın və İƏT ölkələrinin enerji sahəsindəki liderlik səylərini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 218 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ