Вторник, 29 Октябрь 2024 15:50

Tələbələrin “Qaradağ” GES-ə səfəri təşkil edilib

Energetika Nazirliyinin və Masdar şirkətinin dəstəyi, Nazirlik yanında İctimai şuranın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına tələbələrin maarifləndirici səfəri təşkil edilib.

Səfər çərçivəsində iştirakçılar günəş elektrik stansiyasının fəaliyyəti ilə yaxından tanış olublar və onlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. Günəş enerjisi texnologiyalarının spesifik xüsusiyyətləri və istifadə olunan avadanlıqlar, habelə yaşıl enerji istehsalı müəssisələrinin texniki, iqtisadi, ekoloji və sosial aspektləri tələbələrə izah edilib

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

 

Read 279 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ