Среда, 04 Сентябрь 2024 17:52

Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Read 63 times Last modified on Среда, 04 Сентябрь 2024 14:19

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ