COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Elnur Soltanov bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcək və bu rəqəmin artacağı gözlənilir.
“Dəvət olunanlar arasında Ermənistan da var”, - o vurğulayıb.