Среда, 21 Август 2024 15:35

Müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib.

Cari ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Read 258 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ