Пятница, 09 Август 2024 17:28

Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.

Read 154 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ