Пятница, 09 Август 2024 15:24

Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası finala yüksəlib

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışların cəminə əsasən 62,000 xal toplayan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həlledici mərhələdə iştirak hüququ qazanıb.

Onlar yekun nəticəyə əsasən 14 yığma arasında 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, final yarışları avqustun 10-da keçiriləcək.

Read 139 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ